Yeni xəbərlər burada görünəcək.

ZUKERBERQDƏN KÜTLƏVİ İXTİSAR

Leqal xəbər məlumat verir ki, “Facebook”un qurucusu Mark Zukerberqin rəhbərlik etdiyi şirkətdə minlərlə əməkdaşın işdən çıxarıldığı bildirilir. Məlumata görə, təxminən 8 min nəfərlə yollar ayrılıb, daha 7 min əməkdaş isə süni intellekt layihələrinə yönləndirilib. İddialara əsasən, şirkətdə iş

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, “Facebook”un qurucusu Mark Zukerberqin rəhbərlik etdiyi şirkətdə minlərlə əməkdaşın işdən çıxarıldığı bildirilir. Məlumata görə, təxminən 8 min nəfərlə yollar ayrılıb, daha 7 min əməkdaş isə süni intellekt layihələrinə yönləndirilib.
İddialara əsasən, şirkətdə iş prosesinə nəzarət üçün süni intellekt texnologiyalarından daha geniş istifadə olunmağa başlanıb. Bildirilir ki, əməkdaşların fəaliyyəti, o cümlədən kompüter istifadəsi və digər iş detalları AI sistemləri vasitəsilə izlənəcək.
Bu addım texnologiya dünyasında geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, süni intellektin sürətli inkişafı gələcəkdə bir çox peşələrə ciddi təsir göstərə bilər.
Xəbəri paylaş Dostlarınıza göndərin