Yeni xəbərlər burada görünəcək.

Azərbaycandan yanacaq almaq hesabına vətəndaşlarımız on milyardlara qənaət edib

"Armenpress"in məlumatına görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentdə çıxışında deyib. “Azərbaycandan neft məhsullarının idxalı nəticəsində biz 8 il davam edən neft məhsulları bazarındakı monopoliyanın ləğvi əməliyyatını başa çatdırdıq. Niyə 8 il? Çünki biz

13 baxış 3 dəq

"Armenpress"in məlumatına görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentdə çıxışında deyib.

“Azərbaycandan neft məhsullarının idxalı nəticəsində biz 8 il davam edən neft məhsulları bazarındakı monopoliyanın ləğvi əməliyyatını başa çatdırdıq. Niyə 8 il? Çünki biz mafiya ilə mübarizə aparırıq. Bu mafiya təkcə Ermənistan daxilində deyil, bəzən başqa yerlərdə də qolları olan bir strukturdur", - o qeyd edib.

Paşinyan əlavə edib ki, Azərbaycan Ermənistana neft məhsulları satmasaydı, Hörmüz boğazının bağlanmasından yaranan iqtisadi böhran ölkədə daha ciddi hiss olunardı.

Xəbəri paylaş Dostlarınıza göndərin