Yeni xəbərlər burada görünəcək.

Bakı məhkəməsində Paşinyana şok çağırış: “Siz də dindirilməlisiniz!”

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda mühakimə olunan keçmiş qondarma Dağlıq Qarabağ silahlı birləşmələrinin komandir müavini David Manukyan məhkəmə iclasında Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. Manukyan çıxışına “Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda mühakimə olunan keçmiş qondarma Dağlıq Qarabağ silahlı birləşmələrinin komandir müavini David Manukyan məhkəmə iclasında Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.
Manukyan çıxışına “Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyana müraciət edirəm” sözləri ilə başlayıb.
O bildirib ki, Paşinyan 2020-ci ilin sentyabrında baş vermiş hadisələr zamanı Ermənistanın baş naziri və ali baş komandan olub. Manukyan bu səbəbdən Paşinyanın da həmin hadisələrlə bağlı məsuliyyət daşıdığını iddia edib və ondan ittihamlarla bağlı mövqeyini açıqlamağı tələb edib.
David Manukyan, həmçinin Paşinyanın bu cinayət işi üzrə dindirilməsinin zəruri olduğunu bildirib.
Qeyd edək ki, David Manukyan Azərbaycanda hərbi cinayətlər və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslərdən biridir və onun məhkəmə prosesi davam edir.
Xəbəri paylaş Dostlarınıza göndərin