Yeni xəbərlər burada görünəcək.

Dilicanda gizli görüş?

LEQAL XƏBƏR ‘Hraparak’ qəzetinə istinadən məlumat verir ki, Ermənistan müxalifəti Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilicana səfəri ətrafında yeni iddialar səsləndirib. Müxalifət nümayəndələri səfər günü Ermənistanın baş naziri Nikol Paşinyanın da həmin ərazidə olmasına diqqət

6 baxış 3 dəq
LEQAL XƏBƏR ‘Hraparak’ qəzetinə istinadən məlumat verir ki, Ermənistan müxalifəti Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilicana səfəri ətrafında yeni iddialar səsləndirib.
Müxalifət nümayəndələri səfər günü Ermənistanın baş naziri Nikol Paşinyanın da həmin ərazidə olmasına diqqət çəkərək, Hikmət Hacıyevlə görüş keçirildiyini iddia edirlər. Bu barədə xüsusilə İşxan Saqatelyan çıxış edərək, Paşinyanın Dilicanda velosiped sürməsinin təsadüfi olmadığını bildirib. “Erməni müxalifəti artıq siyasi təhlili qoyub falçılığa keçib. Onlar iddia edirlər ki, Hikmət Hacıyevin Dilicana səfər etdiyi gün Nikol Paşinyanın həmin ərazidə velosiped sürməsi təsadüf ola bilməz və tərəflər gizli görüş keçiriblər.”

Xəbəri paylaş Dostlarınıza göndərin