Yeni xəbərlər burada görünəcək.

Ermənistan ordusunda müəmmalı ölümlər artır: Son 7 ayda 8 hərbçinin meyiti tapılıb

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan ordusunda son yeddi ay ərzində azı səkkiz erməni hərbi qulluqçusunun meyiti aşkarlanıb. Hadisələrin əksəriyyəti ilə bağlı cinayət işi başlansa da, onların ölüm səbəbləri indiyədək ictimaiyyətə açıqlanmayıb. Son olaraq Ermənistan Müdafiə Nazirliyinin hərbi

7 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan ordusunda son yeddi ay ərzində azı səkkiz erməni hərbi qulluqçusunun meyiti aşkarlanıb. Hadisələrin əksəriyyəti ilə bağlı cinayət işi başlansa da, onların ölüm səbəbləri indiyədək ictimaiyyətə açıqlanmayıb.
Son olaraq Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində üç hərbi qulluqçunun ölümü faktı üzrə cinayət işi başlanıldığı bildirilib. Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kim Avdalyan faktı təsdiqləyərək hazırda istintaq və prosessual hərəkətlərin davam etdiyini açıqlayıb. Bununla belə, cinayət işinin hansı maddə ilə başladıldığı və hərbçilərin ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, buna bənzər hadisə təxminən bir ay əvvəl də baş vermişdi. İyunun 25-də Ermənistan İstintaq Komitəsi bir hərbi qulluqçunun güllə yarasından öldüyünü açıqlasa da, həmin hadisə ilə bağlı da ölümün səbəbləri və cinayət işinin detalları ictimaiyyətə təqdim edilməmişdi.
Beləliklə, son yeddi ay ərzində Ermənistan ordusunda müəmmalı şəkildə həyatını itirən hərbçilərin sayının səkkizə çatmasına baxmayaraq, bu ölümlərin səbəbləri hələ də açıqlanmır.
Xəbəri paylaş Dostlarınıza göndərin