Leqal Xəbər məlumat verir ki, Ermənistan ərazisində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Yerli vaxtla 09:57-də baş verən yeraltı təkanların episentri Ermənistan ərazisində yerləşib və zəlzələ Sədərək rayonunun Heydərabad qəsəbəsində 3 bala qədər hiss olunub.
Məlumata görə, zəlzələnin ocağı 3 kilometr dərinlikdə qeydə alınıb.