Yeni xəbərlər burada görünəcək.

ERMƏNİSTANA MÜDAXİLƏSİ MÜZAKİRƏ OLUNUR

Leqal xəbər məlumat verir ki, Erməni analitik Arqişti Kiviryan Rusiyanın Ermənistana hərbi müdaxilə ehtimalı ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, Moskva müəyyən şəraitdə Ermənistandakı hərbi bazasından istifadə edə bilər. Analitik iddia edib ki, Rusiyanın xaricdə yaşayan

14 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Erməni analitik Arqişti Kiviryan Rusiyanın Ermənistana hərbi müdaxilə ehtimalı ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, Moskva müəyyən şəraitdə Ermənistandakı hərbi bazasından istifadə edə bilər.
Analitik iddia edib ki, Rusiyanın xaricdə yaşayan vətəndaşlarının “müdafiəsi” adı altında hərbi müdaxilə imkanını nəzərdə tutan qanun Ermənistanda narahatlıq yaradır. Onun sözlərinə görə, bu ssenari xüsusilə ölkədə qarşıdan gələn parlament seçkiləri fonunda daha çox müzakirə olunur.
Kiviryan qeyd edib ki, təhlükəsizlik və xarici təsir məsələləri Ermənistan cəmiyyətində yenidən əsas gündəm mövzularından birinə çevrilib.
Xəbəri paylaş Dostlarınıza göndərin