LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanda müxalifət partiyasının üzvü Areqnaz Manukyan saxlanılıb.
Ermənistan İstintaq Komitəsi məlumatı təsdiqləyərək onun artıq komitəyə gətirildiyini açıqlayıb.
Məlumata görə, Areqnaz Manukyan dövlət sirri ilə bağlı məlumatları yaymaqda ittiham olunur. Bildirilib ki, onun barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İlkin istintaqın versiyasına əsasən, Areqnaz Manukyanın 2024-cü ilin aprel ayında keçirilən qapalı iclasdan əldə olunan məlumatları müxalifət lideri Andranik Tevanyana ötürdüyü iddia edilir.
Qeyd olunur ki, həmin məlumatlar sonradan Andranik Tevanyana qarşı "casusluq və dövlətə xəyanət" ittihamları ilə cinayət işinin başlanmasına əsas verib.![]()