LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan barəsində olduğu yeri tərk etməmək qərarı verilib.
Məlumata görə, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi açıqlama yayıb.
Qərarın keçmiş prezident Robert Koçaryan və onun oğlu Sedrak Koçaryanın da iştirak etdiyi cinayət işi çərçivəsində qəbul edildiyi bildirilir.
Eyni iş üzrə Serj Sarqsyandan başqa daha üç nəfər həbs edilib, bir nəfər isə ev dustaqlığına göndərilib.
Məlumata görə, Aramais Voskanyan ev dustaqlığına yerləşdirilib, onun həyat yoldaşı və iki qızı isə nəzarət altında saxlanılır. Voskanyanın 1999–2009-cu illərdə hökumət bağ evlərinin gözətçisi olduğu qeyd edilir.
Qeyd edək ki, Ermənistanda Robert Koçaryan və Serj Sarqsyan dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi çərçivəsində istintaqa cəlb olunublar.![]()