Yeni xəbərlər burada görünəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı erməni iş adamı Samvel Karapetyanla bağlı sərt açıqlama verib.

“Leqal Xəbər” xəbər verir ki, Paşinyan beynəlxalq mediada yayımlanan materiallara istinad edərək Karapetyanın Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqəli olduğunu iddia edib. Baş nazir bildirib ki, “Kaluqa oliqarxı” adlandırdığı Karapetyan jurnalistlərin suallarını cavablandırarkən bu

11 baxış 3 dəq

“Leqal Xəbər” xəbər verir ki, Paşinyan beynəlxalq mediada yayımlanan materiallara istinad edərək Karapetyanın Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqəli olduğunu iddia edib.

Baş nazir bildirib ki, “Kaluqa oliqarxı” adlandırdığı Karapetyan jurnalistlərin suallarını cavablandırarkən bu iddiaları nə təkzib edib, nə də yayımların müəlliflərini məhkəməyə verəcəyini açıqlayıb.

Paşinyan çıxışında həmçinin belə deyib:

“Yayımlanan faktlar təkzibedilməzdir. Hətta həvari Pyotr İsa Məsihdən üç dəfə imtina etmişdi, amma Kaluqa oliqarxı öz doğma xüsusi xidmət orqanından bir dəfə də olsun imtina etməyib.”

Xəbəri paylaş Dostlarınıza göndərin