LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Robert Koçaryanın oğlu, parlamentin müxalif “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Levon Koçaryanın mənzilində axtarış tədbirlərinə başlayıblar.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saat 07:00 radələrində deputatın evinə gəliblər.
Hadisə barədə “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının Levon Koçaryanın evinə daxil olması ilə bağlı göstəriş parlamentin tribunasından verilib.
Hazırda mənzildə keçirilən axtarış tədbirlərinin səbəbləri ilə bağlı əlavə məlumat açıqlanmayıb.