Yeni xəbərlər burada görünəcək.

Moskvaya növbəti mesaj: İrəvan Qərb ordularını qəbul edir

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanda iyunun 17-dən 25-dək “Eagle Partner 2026” beynəlxalq hərbi təlimləri keçiriləcək. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası ilə yanaşı, ABŞ Ordusunun Avropa və Afrika Komandanlığına tabe bölmələr, Kanzas Milli Qvardiyası, eləcə də

7 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanda iyunun 17-dən 25-dək “Eagle Partner 2026” beynəlxalq hərbi təlimləri keçiriləcək.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası ilə yanaşı, ABŞ Ordusunun Avropa və Afrika Komandanlığına tabe bölmələr, Kanzas Milli Qvardiyası, eləcə də Fransa və Yunanıstan Silahlı Qüvvələrinin şəxsi heyəti iştirak edəcək.
Rəsmi açıqlamaya əsasən, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyətin artırılması, təcrübə mübadiləsinin aparılması və döyüş hazırlığının yüksəldilməsidir.
Diqqət çəkən məqam ondan ibarətdir ki, bu təlimlər Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının fəaliyyətini davam etdirdiyi şəraitdə keçirilir. Son illər Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığı sürətlə genişləndirməsi fonunda ABŞ, Fransa və Yunanıstan hərbçilərinin ölkəyə gəlməsi regionda yeni geosiyasi proseslərin göstəricisi kimi qiymətləndirilir.
Parlament seçkilərindən dərhal sonra keçiriləcək bu təlimlər İrəvanın xarici və təhlükəsizlik siyasətindəki prioritetləri ilə bağlı müzakirələri daha da gücləndirib.
Xəbəri paylaş Dostlarınıza göndərin