Yeni xəbərlər burada görünəcək.

Nikol Paşinyandan diqqətçəkən açıqlamalar

“Leqal Xəbər” bildirir ki, baş nazir Ermənistanın tamamilə yeni iqtisadi inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu proses Ermənistan ilə Azərbaycan arasında formalaşan sülh gündəliyi ilə birbaşa bağlıdır. Paşinyan qeyd edib ki, yaxın vaxtlarda Ermənistanı blokadadan

7 baxış 3 dəq

“Leqal Xəbər” bildirir ki, baş nazir Ermənistanın tamamilə yeni iqtisadi inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu proses Ermənistan ilə Azərbaycan arasında formalaşan sülh gündəliyi ilə birbaşa bağlıdır.

Paşinyan qeyd edib ki, yaxın vaxtlarda Ermənistanı blokadadan çıxarmağa yönəlmiş TRIPP layihəsi çərçivəsində mühüm addımların atılması gözlənilir. O bildirib ki, artıq müəyyən nəqliyyat imkanları formalaşıb və bu proses Azərbaycanın ərazisindən dəmir yolu vasitəsilə həyata keçirilir.

Baş nazirin sözlərinə görə, əsas siyasi razılaşma dəmir yolu əlaqəsinin davamlı və etibarlı şəkildə açıq qalmasını təmin etməkdən ibarətdir. Bu marşrutun həm idxal, həm də ixrac üçün sabit və güvənli xətt olması planlaşdırılır.

Bununla belə, Paşinyan əlavə edib ki, Ermənistan hələlik dəmir yolu imkanlarından geniş şəkildə ixrac üçün istifadə etmir. O bunu uzun illər ərzində formalaşmış logistika sistemləri ilə əlaqələndirib:

“30 illik logistika zəncirləri mövcuddur və onların dəyişməsi üçün ilk növbədə etimad formalaşmalıdır. İnsanlar bu marşrutun nə qədər davamlı və etibarlı olduğunu anlamalıdırlar. Eyni zamanda, daşımaların yük maşınları ilə deyil, qatarla həyata keçirilməsi fərqli yanaşma tələb edir”.

Paşinyan həmçinin vurğulayıb ki, layihə çərçivəsində ixracın Gürcüstan ərazisi vasitəsilə həyata keçirilməsi də mümkün variantlardan biri hesab olunur və bu istiqamət xüsusi əhəmiyyət daşıyır.


Xəbəri paylaş Dostlarınıza göndərin