LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan hökuməti Azərbaycan da daxil olmaqla, bir neçə xarici ölkədən elektrik enerjisi idxal etmək imkanını nəzərdən keçirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib ki, bu məsələ iki ölkənin enerji sektorunun nümayəndələri arasında keçirilən son görüşdə də müzakirə olunub.
Paşinyanın sözlərinə görə, elektrik enerjisi idxalı ilə bağlı danışıqlar yalnız Azərbaycanla məhdudlaşmır. Hazırda İran, Gürcüstan və Türkiyə ilə də bu istiqamətdə müzakirələr aparılır.
O, enerji əməkdaşlığının gələcək perspektivləri ilə bağlı əlavə detallar açıqlamayıb.![]()