Legal Xəbər məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük Vətən müharibəsində ölkəsinin verdiyi itkilərlə bağlı yeni rəqəm açıqlayıb.
Paşinyan yerli televiziya kanallarından birində keçirilən debat zamanı bildirib ki, hazırkı məlumatlara əsasən, Ermənistanın ümumi itkisi 4 273 nəfər təşkil edir. Bu açıqlama müharibənin başa çatmasından altı il sonra səsləndirilib.
Baş nazirin sözlərinə görə, təqdim olunan rəqəm indiyədək aparılan araşdırmalar və rəsmi məlumatlar əsasında formalaşdırılıb. Bununla belə, açıqlama müxalifət nümayəndələrinin etirazı ilə qarşılanıb.