LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan barədə sərt fikirlər səsləndirib.
Məlumata görə, Paşinyan keçirdiyi brifinq zamanı onların yalnız təqaüdçü həyatı sürməli olduqlarını bildirib.
“Koçaryan, Sarqsyan və Tsarukyan ayın əvvəlini səbirsizliklə gözləməli və pensiya vəsaitinin hesaba oturub-oturmadığını bilmək üçün mütəmadi olaraq telefonlarını yoxlamalıdırlar”, – deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri əlavə edib ki, “onların hər biri həbsxanada yatmalıdır”.