Legal Xəbər Ermənistan mediasına istinadən məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ hərəkatını ölkənin düşdüyü “tələ” adlandırıb. Onun sözlərinə görə, Qarabağ məsələsi əvvəldən Ermənistan üçün çıxılmaz vəziyyət yaradıb və mövcud şəraitdə əsas məqsəd Ermənistanın qorunması və dövlət kimi möhkəmlənməsi olub.
Paşinyan bildirib ki, region ətrafındakı ərazilər uzun illər baxımsız qalıb, yaradılan infrastruktur isə ya formal xarakter daşıyıb, ya da digər bölgələrin hesabına qurulub.
Baş nazir həmçinin Robert Koçaryan və Serj Sarkisyanı Qarabağ məsələsindən daxili siyasi hakimiyyəti qorumaq üçün istifadə etməkdə ittiham edib. Onun fikrincə, bölgə sakinləri bu siyasətin “girovuna” çevriliblər.