Yeni xəbərlər burada görünəcək.

PAŞİNYAN QARABAĞLA BAĞLI MÜRACİƏT ETDİ

Leqal xəbər məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan erməni cəmiyyətini “müvəqqəti dayanacaq psixologiyası”ndan imtina etməyə çağırıb. O bildirib ki, Ermənistan vətəndaşları ölkəni özlərinin son və daimi vətəni kimi qəbul etməlidirlər. Paşinyanın sözlərinə görə, erməni xalqının

9 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan erməni cəmiyyətini “müvəqqəti dayanacaq psixologiyası”ndan imtina etməyə çağırıb. O bildirib ki, Ermənistan vətəndaşları ölkəni özlərinin son və daimi vətəni kimi qəbul etməlidirlər.
Paşinyanın sözlərinə görə, erməni xalqının “vətən axtarışı” mərhələsi artıq başa çatıb və Ermənistan Respublikası onların əsas vətəni hesab olunmalıdır. O qeyd edib ki, insanların şüuraltında Van, Muş, Qarabağ və Naxçıvana qayıdış düşüncəsinin qalması ölkəyə keçid məntəqəsi kimi baxılmasına səbəb olur.
Ermənistan baş naziri həmçinin Qarabağ ermənilərinə müraciət edərək, Ermənistanda məskunlaşmağa və oranı daimi yaşayış yeri kimi qəbul etməyə çağırıb.
Paşinyanın bu açıqlaması regionda siyasi müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu bəyanat Ermənistan daxilində ictimai və siyasi baxımdan müxtəlif reaksiyalar doğura bilər.
Xəbəri paylaş Dostlarınıza göndərin