Yeni xəbərlər burada görünəcək.

Paşinyan: Siyasət nikah deyil

Legal xəbər Jamnews-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin balanslaşdırılmış siyasət yürüdüyünü və zərurət yaranmayana qədər Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməyəcəklərini bildirib. Ermənistan jurnalistlərinə müsahibəsində

11 baxış 3 dəq

Legal xəbər Jamnews-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin balanslaşdırılmış siyasət yürüdüyünü və zərurət yaranmayana qədər Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməyəcəklərini bildirib.

Ermənistan jurnalistlərinə müsahibəsində Paşinyan qeyd edib ki, Ermənistan Aİİ-nin üzvü olaraq bu birlikdə qərarların qəbulunda tam iştirak edir. Onun sözlərinə görə, Avropa İttifaqına üzvlüklə bağlı referendum yalnız “zərurət yarandığı zaman” keçiriləcək.

“Mən parlamentdə də demişəm ki, biz bəzən dövlətlərarası münasibətləri nikahla qarışdırırıq. Dövlətlərarası münasibətlərdə Ermənistan dövlətlərarası məntiqlə hərəkət edir”, – deyə Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, Ermənistan Rusiyanın maraqlarına zərər vermək niyyətində deyil.

“Biz bundan sonra da Ermənistanın dövlət maraqlarını rəhbər tutacağıq. Eyni zamanda anlayırıq ki, münasibətlərimiz transformasiya olunur və biz Rusiya ilə əlaqələrimizi dərinləşdirməyə və inkişaf etdirməyə davam edəcəyik”, – o əlavə edib.

Paşinyanın sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə münasibətləri də inkişaf etdirməyə davam edəcək.

“Fakt odur ki, biz Aİİ-nin üzvüyük. Eyni zamanda fakt odur ki, biz Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında qanun qəbul etmişik. Bu iki fakt faktiki olaraq yanaşı mövcuddur. Və deməli onlar yanaşı mövcud ola bilir, dünən də mövcud idilər və bu gün də mövcuddurlar”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını şərh edərək, Avropa İttifaqı ilə Rusiyanın liderlik etdiyi Aİİ arasında seçim məsələsinə toxunmuşdu.

Putin bildirib ki, Ermənistan bu məsələdə daha tez qərar verməli və zərurət yaranarsa referendum keçirərək vətəndaşların mövqeyini öyrənməlidir. Onun fikrincə, bu halda tərəflər arasında “yumşaq, sivil və qarşılıqlı faydalı ayrılıq yolu” mümkün ola bilər.


Xəbəri paylaş Dostlarınıza göndərin