LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan xəstəxanaya yerləşdirilib.
Məlumata görə, İrəvanda yerləşən Antikorrupsiya Komitəsinin binası qarşısında təcili tibbi yardım avtomobili görünüb.
Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı xəbərə əsasən, bir müddət əvvəl saxlanılan Robert Koçaryan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə təcili yardım maşınında tibb müəssisəsinə aparılıb.
Onun hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi və səhhəti ilə bağlı əlavə məlumat verilməyib.![]()