LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, bu barədə onun vəkili Aleksandr Koçubayev jurnalistlərə açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, Sedrak Koçaryanın ziyarət edilməsinə də məhdudiyyət qoyulub. Ona yalnız həyat yoldaşı və övladları ilə görüşməyə icazə verilib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Antikorrupsiya Komitəsi sabiq prezident Robert Koçaryanın və onun oğlunun paytaxt İrəvanda saxlanıldığını açıqlayıb.
Prokurorluğun məlumatına əsasən, sabiq dövlət başçısı barəsində vəzifə səlahiyyətlərini aşma, rüşvətxorluq və qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamları üzrə cinayət işi başlanıb.
İstintaqın Koçaryanın 2004–2009-cu illərdə hakimiyyətdə olduğu dövrü əhatə etdiyi bildirilir.
İş üzrə adı keçən şəxslər arasında keçmiş prezident Serj Sarqsyan, İrəvanın sabiq meri Qaqik Beqlaryan, 2007-ci ildə vəfat etmiş keçmiş hökumət rəhbəri Andranik Markaryan və digər şəxslər də yer alır.