Yeni xəbərlər burada görünəcək.

Rusiya ödəliklərini yerinə yetirmədi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu axşam Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini niyə dondurduğuna aydınlıq gətirib. Leqal xəbər yayımlayır ki, Paşinyan bildirib ki, Ermənistanın təşkilatdan

13 baxış 3 dəq

Ermənistanın Baş naziri Nikol Paşinyan bu axşam Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini niyə dondurduğuna aydınlıq gətirib.

Leqal xəbər yayımlayır ki, Paşinyan bildirib ki, Ermənistanın təşkilatdan uzaqlaşması hər hansı gizli siyasi qərarın nəticəsi deyil, konkret hadisələrin məntiqi davamıdır. Onun sözlərinə görə, xüsusilə 2022-ci ildə baş verən hadisələr bu qərarın əsasını təşkil edib.

Baş nazir həmin dövrdə KTMT-nin öz müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb:

“Biz bunu heç vaxt gizlətməmişik. 2022-ci ildə çox konkret bir vəziyyət yaranmışdı və KTMT mexanizmləri işə düşməli idi, lakin bu baş vermədi. Məhz bu fakt bizim təşkilatla münasibətlərimizi indiki nöqtəyə gətirib çıxardı.”

Paşinyan qeyd edib ki, hazırda Ermənistanın KTMT fəaliyyətində iştirak etməməsinin əsas səbəbi ictimaiyyət qarşısında izah olunmamış suallardır. Onun sözlərinə görə, rəsmi İrəvan hələ də cəmiyyətə təşkilatın niyə reaksiya vermədiyini izah edə bilmir.

“Hazırda biz onun işində sadə bir səbəbdən iştirak etmirik: biz hələ də xalqımıza izah edə bilmirik ki, müqavilədəki öhdəliklərə baxmayaraq, təşkilat niyə reaksiya vermədi.”



Xəbəri paylaş Dostlarınıza göndərin