Yeni xəbərlər burada görünəcək.

VƏTƏN AXTARIŞINI BİTİRİN

Leqal Xəbər məlumat verir ki, Ermənistanın Baş naziri erməni cəmiyyətini “müvəqqəti dayanacaq psixologiyası”ndan imtina etməyə çağırıb. O bildirib ki, Ermənistan ermənilər üçün son vətən kimi qəbul edilməlidir. Baş nazirin sözlərinə görə, ermənilərin vətən axtarışı prosesi artıq başa çatıb və

10 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Ermənistanın Baş naziri erməni cəmiyyətini “müvəqqəti dayanacaq psixologiyası”ndan imtina etməyə çağırıb. O bildirib ki, Ermənistan ermənilər üçün son vətən kimi qəbul edilməlidir.
Baş nazirin sözlərinə görə, ermənilərin vətən axtarışı prosesi artıq başa çatıb və onların vətəni Ermənistan Respublikasıdır. O vurğulayıb ki, əgər şüuraltında daim Van, Muş, Qarabağ və Naxçıvana qayıtmaq düşüncəsi qalırsa, bu, ölkəyə keçid məntəqəsi kimi yanaşmanın formalaşmasına səbəb olur.
Paşinyan eyni zamanda Qarabağ ermənilərinə müraciət edərək, Ermənistanda məskunlaşmağa və oranı daimi yaşayış yeri kimi qəbul etməyə çağırıb.
Xəbəri paylaş Dostlarınıza göndərin